Qəzzada Dəhşət: Zərbələr endirilib – 7 nəfər həlak olub, çox sayda yaralı var –

İsrail qüvvələri Qəzza zolağının mərkəzində Əl-Əqsa xəstəxanası yaxınlığındakı Deyr əl-Balah qəsəbəsində köçkünlər üçün çadır düşərgəsinə hücum edib, nəticədə 4 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Deyr əl-Bələhdə də yaşayış binası vurulub, nəticədə 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail buna cavab olaraq, HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada əməliyyata başlayıb.

2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradıldı. Bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozuldu, döyüşlər yenidən başladı və bu gün də davam edir.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu