Mahirə Hümbətova özünü öldürdü
Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb.
Unikal-ın məlumatına görə, şəhər sakini 1953-cu il təvəllüdlü Mahirə Hümbətova yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 71 yaşlı M. Hümbətovanın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən sirkə turşusu içərək özünü zəhərləməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.