TƏCİLİ XƏBƏR GƏLDİ! Paytaxt Prokuroru istefa verdi – FOTO
Moskva prokuroru Denis Popov vəzifəsindən istefa verib. “Unikal” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Məlumata görə, o, artıq idarənin əməkdaşları ilə vidalaşıb. Popov bu vəzifəyə 2019-cu ilin sentyabrında təyin edilib.”Paytaxt prokuroru təqaüdə çıxması ilə əlaqədar istefa ərizəsi verib. Vəzifədən azad olunma haqqında fərmanı dövlət başçısı imzalamalıdır”, – deyə qeyd olunub. Popov hazırda rəsmi məzuniyyətdədir, onun vəzifələrini müvəqqəti olaraq birinci müavini Sergey Savenkov yerinə yetirir.