“Ermənistanın bütün əsassız tələbləri tamamilə aradan qaldırılmalıdır” – Nazir
2020-ci ildə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli üzrə razılaşmaların əldə olunmasında Rusiya prezidenti Vladimir Putin əsas rol oynayıb.
“Unikal” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya”ya açıqlamasında deyib.
Bayramovun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa yönəlib, lakin Ermənistan tərəfinin uzun onilliklər ərzində diktə etdiyi bütün əsassız tələblər tamamilə aradan qaldırılmalıdır: “Bu, bəyanatlar səviyyəsində baş verməməlidir, hüquqi cəhətdən etibarlı formada öz əksini tapmalıdır”.