Emin Hüseynov komadan ayılan Qazini ziyarət etmək üçün xəstəxanaya getdi (VİDEO)
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşmüşdü. Ağır kəllə-beyin travması alan gənc ifaçının beyninə qan sızmasına göre koma vəziyyətində idi. T.Məmmədov artıq bir müddətdir ki, komadan ayılıb.
Qazimizi xəstəxanada ziyarət edən şəxslərdən biri də iş adamı, “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov olub. O Taleh Məmmədova keçmiş olsun diləklərini çatdırıb.
O bildirib ki, Taleh Məmmədov üçün bütün Azərbaycan xalqı dua etdi, birlik oldu.E.Huseynov həmçinin Qazimizin müalicəsi üçün lazım olan bütün addımların atılması ilə bağlı göstəriş verməsi, Tapşırığın icrasına başlanılmasına görə Ali Baş Komandan İlham Əliyevə xüsusi təşəkkürünü çatdırıb.Taleh Məmmədovun ailəsi və yaxınları da xalqa, başda cənab prezident olmaqla hər kəsə minnətdarlığını bildirib. Həmçinin iş adamı Emin Hüseynova vaxtında çağırış və dəstəyinə görə təşəkkür ediblər.Qeyd edək ki, Emin Hüseynov Qaziyə dəstək olunması ilə bağlı iş adamı, “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov da əhaliyə çağırış etmişdi.Qazilər də öz növbəsində Emin Hüseynova göstərdiyi diqqət və yardimları üçün minnətdarlıq bildirmişdi.Xatırladaq ki, hadisə 19 sentyabr Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş vermişdi.İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına (“Semaşko”) yerləşdirilmişdi.