Səhər saatlarında dəhşət: Ölən var
Qusarda qəzada xəsarət alan şəxlərin kimliyi bəlli olub.”Unikal”ın Şimal bürosunun yerli sakinlərdən əldə etdiyi məlumata görə, “Nissan Patrul” markalı avtomaşının sürücüsü, 1982-ci il təvəlludlü Əziz Əliyev və onun qızı Adel Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdirma davam etdirilir.
***
Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub.”Unikal”ın Şimal bürosunun məlumatına görə, Qusar – Şahdağ avtomobil yolunda, hava şəraitinin dumanlı olması səbəbdən “Nissan Patrul” markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan “Mercedes Viano” markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı Bakı şəhər sakini 2014 -cü il təvəllüdlü Əliyev Ziya Əziz oğlu hadisə yerində ölübFaktla bağlı araşdırma aparılır.