Ermənistanda futbolçular nə qədər maaş alır?

Ermənistan Premyer Liqasında çıxış edən futbolçuların maaşları region ölkələri ilə müqayisədə xeyli aşağıdır. Yerli idman mediasının məlumatına görə, liqada çıxış edən əksər erməni futbolçular aylıq 800-2000 ABŞ dolları civarında maaş alırlar. Gənc və ehtiyat oyunçuların aylıq qazancı isə daha azdır.
Metbuat.az xəbər verir ki, klubların aparıcı futbolçuları və legionerlər üçün maaşlar nisbətən yüksəkdir. Belə ki, çempionatın üst sıralarında yer alan komandalarında çıxış edən bəzi əcnəbi oyunçuların aylıq gəliri 4000-8000 dollar civarındadır. Yalnız nadir hallarda bu rəqəm daha yüksək səviyyəyə çatır.
Mütəxəssislər hesab edir ki, maliyyə imkanlarının məhdudluğu Ermənistan futbolunun inkişaf tempinə birbaşa təsir göstərir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



