Maraqlı

Rusiya maraqlarına uyğun olmayan müqaviləni imzalamayacaq

Rusiya Ukrayna ilə bağlı maraqlarına uyğun olmayan sülh müqaviləsini imzalamayacaq.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Rusiya qanuni maraqlarını pozmayacaq şəkildə güzəştə getməyə razıdır. Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması məsələsinə toxunan Lavrov bildirib ki, indiyə qədər ikitərəfli münasibətlər, eləcə də Ukrayna məsələsi ilə bağlı dialoqun bərpasından başqa, heç bir konkret nəticə əldə edilməyib.

ABŞ-nin milli təhlükəsizlik strategiyasını yenilədiyini xatırladan Lavrov qeyd edib ki, bu strategiya Rusiyanı düşmən kimi deyil, potensial tərəfdaş kimi göstərir. Lavrovun sözlərinə görə, Rusiya ABŞ-nin bu yanaşmasını məmnunluqla qarşılayır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button