Qışda yeməyə daha çox hansı tərəvəzləri qataq?

Qış aylarında immunitet zəifləyir və orqanizm daha çox vitamin və minerala ehtiyac duyur.
Metbuat.az xəbər verir ki, bu səbəbdən gündəlik yeməklərə bəzi tərəvəzlərin əlavə edilməsi həm orqanizmi mövsümi xəstəliklərdən qoruyur, həm də gün ərzində daha enerjili olmağa kömək edir.
Mütəxəssislər qış mövsümündə xüsusilə kökün istifadəsini tövsiyə edirlər. A vitamini ilə zəngin olan kök göz sağlamlığını qoruyur və immunitet sistemini gücləndirir. Şorba, plov və ət yeməklərinə əlavə edildikdə həm dad verir, həm də faydalı təsir göstərir.
Kələm isə C vitamini baxımından olduqca zəngindir. Soyuqdəyməyə qarşı təsirli olan bu tərəvəz həzm sisteminin fəaliyyətini də yaxşılaşdırır. Onu həm salatlarda, həm də bişmiş formada yeməklərə qatmaq mümkündür.
Qış süfrəsinin vacib tərəvəzlərindən biri də çuğundurdur. Qan dövranını yaxşılaşdıran və dəmir çatışmazlığının qarşısını alan çuğundur salatlarda və müxtəlif isti yeməklərdə istifadə oluna bilər.
Soğan və sarımsaq isə təbii antibiotik hesab olunur. Onlar orqanizmi virus və infeksiyalardan qoruyur, immuniteti gücləndirir. Demək olar ki, bütün yeməklərə əlavə edilə bilən bu tərəvəzlər qış aylarında xüsusilə faydalıdır.
Kartof enerji verən və toxluq hissi yaradan əsas qida məhsullarından biridir. Qaynadılmış və ya sobada bişmiş formada istifadə edilməsi daha sağlam hesab olunur.
Eyni zamanda ispanaq da qış aylarında rasiona daxil edilməlidir. Dəmir və maqneziumla zəngin olan ispanaq qanazlığının qarşısını almağa kömək edir və orqanizmin ümumi müqavimətini artırır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



