Maraqlı
Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil aldı

Suriya hökuməti ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb. Suriya ordusunun bölmələri ölkənin şimal şərqindəki əl-Şəddadə hərbi bazasında və ətrafında yerləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir. Vurğulanır ki, ABŞ tərəfi ilə koordinasiya şəraitində Suriya qüvvələri Hasəkə rayonundakı əl-Şəddadə bazasında yerləşiblər.
Xatırladaq ki, bir neçə gün bundan qabaq Suriya hökuməti ölkənin cənubundakı mühüm Tanf hərbi bazasını da ABŞ-dən təhvil alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



