Qurban Qurbanov məğlubiyyəti şərh etdi

Bu futboldur, istəməzdik belə olsun. Böyük məğlubiyyətlər qaçınılmazdır.
Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl” ilə keçirilən oyundan sonrakı mətbuat konfransında söyləyib.
O qeyd edib ki, ilk dəqiqələrdən futbolçularımız böyük zərbə aldı:
“Ən sürətli komandalardan biri idi rəqibimiz və hazırlıqları yüksək səviyyədə idi. Azarkeşlərimiz sona qədər bizimlə qaldı və bu bizim birliyimizi göstərdi. Ruhdan düşməli deyilik. İrəliyə pozitiv baxmalı və ciddi hazırlaşmalıyıq. Futbol Azərbaycanda bu mövsüm daha da populyarlaşdı. Məğlub olmaq istəməzdik, amma rəqibin haqqı idi”.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



