Maraqlı

Silahlı şəxs Trampın iqamətgahına girdi

ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı – Mar-a-Laqo ərazisinə qanunsuz daxil olan silahlı şəxsi zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.

Qeyd olunub ki, Tramp hazırda Vaşinqtondadır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button