Estoniyaya nüvə silahı yerləşdirilərsə, Rusiya hədəf alacaq

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Estoniya ərazisinə nüvə silahlarının yerləşdirilməsi halında Rusiya öz nüvə arsenalını bu ölkəyə qarşı istiqamətləndirəcək.
Metbuat.az xəbər verir ki, Rusiyanın dövlət televiziya kanalı Rossiya-1-ə müsahibə verən Peskov, NATO-nun müdafiə planları çərçivəsində Estoniyada nüvə silahlarının yerləşdirilməsi ehtimalına münasibət bildirib.
O qeyd edib ki, Estoniya Rusiyaya coğrafi baxımdan yaxın yerləşir və Moskva digər Avropa ölkələri kimi bu dövləti də təhdid etmir.
“Lakin Estoniya ərazisində bizə qarşı yönəlmiş nüvə silahları yerləşdirilərsə, o zaman bizim nüvə silahlarımız da Estoniya ərazisini hədəfə alacaq. Estoniya bunu açıq şəkildə anlamalıdır”, – deyə Peskov vurğulayıb.
Kreml sözçüsü əlavə edib ki, Rusiya, xüsusilə nüvə çəkindirmə məsələlərində öz təhlükəsizliyini təmin etmək üçün hər zaman zəruri addımları atmağa hazırdır.
Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Margus Tsahkna NATO-nun müdafiə planları çərçivəsində zəruri hesab edilərsə, ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qarşı olmadıqlarını açıqlamışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



