Qurban Qurbanov Toralın həmin epizodda gülməsindən danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunda (1:6) qapımıza penalti təyin olunan zaman Toral Bayramovun gülməsi ilə bağlı danışıb.
Metbuat.az xəbər verir ki, o bu barədə fikirlərini UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la cavab görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib.
Çalışdırıcı qeyd edib ki, xırdalıqlara getməyə ehtiyac yoxdur: “Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



