Maraqlı

Çörək otu yağının inanılmaz faydaları

Xalq arasında “ölümdən başqa hər dərdin dərmanı” kimi tanınan çörək otu yağı son illər sosial şəbəkələrdə və alternativ tibb məhsulları bazarında geniş şəkildə təbliğ olunur. Bəs həqiqətən də çörək otu yağı orqanizm üçün deyildiyi qədər faydalıdırmı?

Metbuat.az xəbər verir ki, mütəxəssislər bu təbii vasitənin mövcud elmi məlumatlar əsasında, mübaliğəsiz qiymətləndirilməsinin vacib olduğunu bildirirlər. Belə ki, çörək otu toxumlarının soyuq sıxım üsulu ilə alınan yağı timokinon, omega-6 və omega-9 yağ turşuları ilə zəngindir. Bu maddələr o antioksidant və iltihabəleyhinə təsir göstərə bilir.

Çörək otu yağının faydalarını təqdim edirik:

İmmunitetə dəstəyi

Antioksidant tərkibi sayəsində çörək otu yağı xüsusilə soyuqdəymə və mövsümi xəstəliklər zamanı orqanizmin müqavimətini artırmağa kömək edə bilər.

Tənəffüs yollarına təsiri

Astma, öskürək və bəlğəm kimi problemlərdə boğazı yumşaldıcı təsiri olduğu qeyd olunur. Lakin həkimlər bu yağın dərmanların alternativi kimi istifadə edilməsini tövsiyə etmirlər.

Həzm sisteminə təsiri

Çörək otu yağı köp, qaz və həzmsizlik şikayətlərinin azalmasına kömək edə bilər. Xüsusilə ağır yeməklərdən sonra rahatladıcı təsir göstərdiyi bildirilir.

Qan şəkəri və dəriyə təsiri

Bəzi araşdırmalarda qan şəkərinin tənzimlənməsinə dəstək ola biləcəyi qeyd edilsə də, diabet xəstələrinin həkim məsləhəti olmadan istifadəsi risklidir. Dəri və saç baxımında isə akne, quruluq və kəpəyə qarşı köməkçi vasitə kimi istifadə olunur.

Alergiya və yaraların sağalması

İltihabəleyhinə xüsusiyyətləri səbəbindən allergiya əlamətlərini yüngülləşdirə və xırda yaraların sağalmasını sürətləndirə bilər. Bununla belə, ciddi tibbi problemlərdə əsas müalicə vasitəsi sayılmır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button