Macarıstan və Ukrayna arasında gərginlik artır

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın ölkəsinin enerji sistemini pozmaq üçün yeni tədbirlər hazırladığını bildirib.
Metbuat.az xəbər verir ki, Orbanın açıqlamalarını Macarıstanın Beynəlxalq Kommunikasiyalar üzrə Dövlət Katibi Zoltan Kovaç sosial media hesabında paylaşıb. Orban açıqlamasında milli təhlükəsizlik xidmətlərinin hesabatlarını nəzərdən keçirdiyini və Ukraynanın Macarıstanın enerji sistemini pozmaq üçün yeni tədbirlər hazırladığını müəyyən etdiyini qeyd edib.
Orbanın, vacib infrastrukturu qorumaq üçün lazımi yerlərə qoşunların yerləşdirilməsi, polis qüvvələrinin artırılması və Ukrayna ilə həmsərhəd olan Şabolç-Şatmar-Bereq bölgəsində dronların qadağan edilməsi barədə əmr verdiyi bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



