ABŞ Macarıstan və Slovakiya ilə nüvə sazişi imzaladı

ABŞ Macarıstan və Slovakiya hökumətləri ilə nüvə əməkdaşlığını nəzərdə tutan müqavilələr imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb. Bəyanatda qeyd olunur ki, bu təşəbbüslər regionun enerji təhlükəsizliyinin yaxşılaşdırılması, sənaye potensialının artırılması və süni intellekt kimi inkişaf etməkdə olan texnologiyalarda rəqabət qabiliyyətinin dəstəklənməsi üçün zəmin yaradır.
Bəyanatda ABŞ-nin Mərkəzi Avropada təhlükəsizlik maraqlarını gücləndirmək üçün nüvə enerjisi texnologiyalarını inkişaf etdirmək və yeni nüvə elektrik stansiyaları tikməklə konkret addımlar atdığı bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



