Ölkə

Ağdaş Rayon İcra Hakimiyyətinin 1 milyon 200 min manatlıq tender siyahısı

Ağdaş Rayon İcra Hakimiyyətinin 1 milyon 200 min manata yaxın tender siyahısı açıqlanıb
Ağdaş Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlar tərəfindən 2025–2026-cı illər ərzində müxtəlif istiqamətlər üzrə bir sıra satınalmalar həyata keçirilib. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, bağlanan müqavilələrin ümumi dəyəri 1 milyon 200 min manata yaxındır.
Tenderlər əsasən abadlıq, yenidənqurma, cari və əsaslı təmir, eləcə də xidmət və inventarların satınalınmasını əhatə edir.
Ağdaş Rayon İcra Hakimiyyəti üzrə bağlanan tenderlər
“HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION” MMC
Ağdaş Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda cari təmir işləri
Məbləğ: 40.540,43 AZN
“RƏZ” MMC
Heydər Əliyev prospekti ilə Ağdaş–Ləki yolunun kəsişməsində abadlıq, yenidənqurma və cari təmir üçün mal-materiallar, ağac və gül kollarının satınalınması
Məbləğ: 74.996,66 AZN
4 saylı Regional Ağdaş Mətbuatyayımı İdarəsi
Mətbuata abunə yazılışı və çatdırılması
Məbləğ: 2.187,20 AZN
“BAKI MEMARLIQ LAYİHƏLƏRİ” MMC
Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasında cari təmir işləri
Məbləğ: 9.422,30 AZN
“ERACON” MMC
Heydər Əliyev prospektində abadlıq-yenidənqurma və təmir işləri üçün mal-materiallar, ağac və gül kollarının satınalınması
Məbləğ: 428.154,98 AZN
“MAIN SUPPLY” MMC
Mebel inventarlarının satınalınması
Məbləğ: 8.201 AZN
“ADZONE-S” MMC
Ağdaş rayonunda tədbirlərin təşkili xidmətləri
Məbləğ: 89.979,72 AZN
ATF MMC
Ağdaş şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiri
Məbləğ: 155.364,53 AZN
ATF MMC
İqbal Rzayev, F. Səfərov, Ərəş, Mirzəl Əliyev, M.Ə. Rəsulzadə və Sönməz Məmmədov küçələrində əsaslı təmir işləri
Məbləğ: 397.547,43 AZN
Ümumi məbləğ
Açıqlanan tenderlərin cəmi dəyəri 1.206.000 AZN-ə yaxın təşkil edir.
Qeyd edək ki, bu satınalmalar əsasən şəhər infrastrukturunun yenilənməsi, abadlıq işləri və inzibati ehtiyacların qarşılanması məqsədi daşıyır. Tenderlərin icra keyfiyyəti və şəffaflığı isə ictimai nəzarət baxımından diqqətdə saxlanılır.

MÜXBİR Ayxan

Related Articles

Bir cavab yazın

Back to top button