Maraqlı
Bakı metrosunda tüstülənmə oldu

Metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib
“Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb. Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.
Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



