Maraqlı

Bakıda güclü yanğın – Xəsarət alan var

Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarəti alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinindən bildirilib.

Qeyd olunub ki, fevralın 17-də saat 11:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L.Tolstoy, 7, küçəsində yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb:

“Çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı şəxs (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button