Maraqlı

Bu ölkədə qoyunların sayı insanlardan 5 dəfə çoxdur

Sakit okeanın cənubunda yerləşən Yeni Zelandiya coğrafi mövqeyi və unikal biomüxtəlifliyi ilə diqqət çəkir.

Metbuat.az xəbər verir ki, Yeni Zelandiya dünyanın təcrid olunmuş ölkələri arasında birinci yerdədir. Ən yaxın qonşusundan təxminən 1600 kilometr uzaqlıqda olan ada ölkəsində xırdabuynuzlu heyvanların sayı insanların sayından 5 dəfə çoxdur. Onları əsasən qoyunlar təşkil edir. Ölkənin digər mühüm xüsusiyyəti, milyonlarla il əvvəl materikdən ayrıldığı üçün təcrid olunmuş ekosistemidir. Bu təkamül prosesi nəticəsində Yeni Zelandiyada təbii olaraq böyüyən və ya yaşayan ilan növü yoxdur.

Bu həssas biomüxtəlifliyi qorumaq üçün hökumət heyvanların ölkəyə daxil olması üçün qaydalara əməl edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button