Maraqlı

Ceyhun Bayramov belaruslu həmkarı ilə danışdı

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button