3 nəfərin öldüyü qəzada müğənni də xəsarət alıb –

Qaxda 3 nəfərin ölməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. 

Kanal.az lent.az-a istinadən bildirir ki, həmin qəzada xəsarət alanlardan biri müğənni olub. 

Belə ki, “Ford” markalı avtomobildə olan sərnişin Marina Şirdanova ağır bədən xəsarətləri alıb. 

Marina Şirdanova ilkin olaraq Qax rayon Xəstəxanasına, oradan da Zaqatala rayon Xəstəxanasına aparılıb. 

Marina Şirdanovanın müğənni olduğu bildirilir.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu