300 minə villa alan Vəfa: “Kirayə verdiyim bir neçə evim var” (VİDEO)
17:35 2022-08-18
“Aldığım bağ evinin qiyməti 300 min manatdır. Pulun yarısını mən, yarısını isə həyat yoldaşım verib”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib.
Bakıda bir neçə evinin olduğunu bildirən sənətçi, onları kirayə verdiyini açıqlayıb.
“Şəhərdə ilk evimi mənə həyat yoldaşım hədiyyə edib. Amma öz puluma aldığım kvadrat metri kiçik olan bir-iki otaqlı evlərim var. Onları isə hazırda kirayə verirəm”.
Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Hazırda müğənni hamiləliyinin son aylarını yaşayır. Vəfanın Məryəm adında bir qızı var.