ACI XƏBƏR! Ələt-Astara yolunda ağır qəza:ölən və yaralananlar var – FOTO!

Lənkəranda qəzada ölənlərin sayı iki nəfərə çatıb. APA-nın xəbərinə görə, qəza nəticəsində xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.

Həkimlər qəza nəticəsində ağır xəsarət alan 9 yaşlı uşağın həyatını xilas edə bilməyiblər.

***

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.

“Toyota Prado” və “Mercedes” markalı minik avtomobilləri toqquşub, “Toyota Prado” aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, yaralananlar var.

Ələt-Astara
Ələt-Astara
Ələt-Astara

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu