Bakıda şok hadisə! Anası ilə dostları arasında sevgi münasibəti olduğunu düşündü və… – VİDEO

Bakının Binəqədi rayonunda kafedə bayram günü iki nəfəri qətlə yetirməkdə ittiham olunan Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

Prokurorun səsləndirdiyi ittihamdan məlum olur ki, Arif Bəhərçiyev 31 dekabr 2023-cü il, saat 23:00-da Biləcəri qəsəbəsi ərazisində yerləşən, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib.

O, anası Gülnurənin ailəvi dostlarından olan Namiq Orucovla uzun müddətdir aralarında sevgi münasibətləri olmasından şübhələnib.

Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə Gülnurə Bəhərçiyevanı kafenin mətbəxinə çağırdıqda anası bu çağırışa məhəl qoymayıb. Qadın isə kabab bişirməyə davam etməklə Namiq Orucovun yanında qalmasını bəhanə edib.

Bu zaman Arif Bəhərçiyev Gülnurǝ Bəhərçiyevanı saçından dartaraq itələyib. Onların səs-küyünü eşidərək hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib.

Daha sonra isə Arif atası ilə birgə kafenin içərisində yerləşən mətbəxə keçib və anasının atasına məhəl qoymamasının qəbuledilməz olması barədə İlfan Bəhərçiyevlə söhbət edib.

Anası onu sakitləşdirmək istəsə də, o, yenidən anasının saçından dartmaqla ona fiziki ağrı yetirib.

Bu məqamda Namiq Orucov Arifdən ictimai qaydanın qarşısını almaq üçün ondan bu davranışlarına son qoymağı tələb edib. Arif isə Namiq Orucovun bu hərəkətindən daha da hiddətlənib. O, mətbəxdən bıçaq götürərək, Namiqin ünvanına nalayiq söyüşlər söyüb və sonun qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurub. Namiq aldığı xəsarətdən vəfat edib.

Arif Bəhərçiyev bununla kifayətlənməyərək onları ayırmağa çalışan Ramil Səfərovu da eyni bıçaqla döş qəfəsi nahiyəsinə bir dəfə zərbə vuraraq, onu da öldürüb.

İstintaq orqanı tərəfindən Aruf Bəhərçiyev barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Daha sonra ittihama münasibət bildirən Arif Bəhərçiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Namiq Səfərov bütün tanışlarına onlara məxsus kafenin özünə aid olduğunu deyib: “Namiq bundan istifadə edərək hamıdan borc götürürdü. Borcu verməyəndə də hamı bizim üstümüzə gəlirdi. Namiq mənə demişdi ki, bayramdan sonra birdəfəlik gedəcək. Hadisə günü o məni çox əsəbləşdirdi. Axşam atam müştəriləri yola salmaq üçün məni mətbəxə çağırdı. Mətbəxdə çörək doğruyanda anam ilə dalaşdım. Onun saçından tutaraq dartdım. Atam görməsin deyə ortalığı sakitləşdirdim. Bu vaxt Namiq üstümə cumdu. Namiqlə dalaşa-dalaşa kafenin qabağına çıxdıq. Çölə çıxmamışdan əvvəl mətbəxdən bıçaq götürmüşdüm. Namiq əlimdəki bıçağı görmüşdü. Ancaq yenə də məni söyürdü. Mən də əsəbləşdim və Namiqə bıçaqla vurdum. Sonradan özümü itirdim. Arxadan kimsə məni tuturdu. Kim olduğunu bilmədim. Geriyə baxnada gördüm ki, məni Ramil tutub. Bu vaxta qədər onunla problemim olmayıb. Birlikdə çörək kəsmişik. Ramili itəliyəndə özüm də bilmədən bıçaq ona girdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra nə etdiyini anlamağa çalışıb: “Birdən özümə gəldim. Nə etdiyimi bilmədim. Özüm-özümə “polis” deyə qışqırmağa başladım. Bu zaman polislər gəldilər. Onlar məni tutdular. Polislərə təcili yardım çağırmalarını dedim. Təcili yardımın gəlməsinin Ramilə görə istəyirdim. Onu axırıncı dəfə görəndə yaşayırdı. Sonradan öyrəndim ki, o da ölüb”.

Növbəti proses iyunun 3-də davam edəcək. /Teleqraf.com/

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu