Bakıda bu məşhur lisey bağlandı – RƏSMİ – FOTO

Bakıda on il əvvəl fəaliyyətə başlamış lisey bağlanıb

Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum özü elan edib.

Xatırladaq ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb. 

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.

Özəl liseydə illik təhsil haqqı aşağıdakı kimi idi:

Təhsil haqqı Azərbaycan vətəndaşları üçün manatla, xarici vətəndaşlar üçün isə avro ilə müəyyənləşib.

Bağça9680 AZN 5500 Avro
İbtidai məktəb 18150 AZN 10290 Avro
Kollec və Lisey 19480 AZN 11070 Avro
11-12-ci siniflər  22990 AZN 12030 Avro

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu