Baş Prokuror Kamran Əliyevə Müraciət…
Hörmətli Kamran müəllim!
Sizə bildirirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin sabiq Direktoru İrşad Abbasov, Kollecin maddi-texniki bazası adı altında maliyyə pozuntusu etmişdir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı rəsmi olaraq yaymışdır.
Araşdırma zamanı 01.01.2018-ci il tarixdən 01.12.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən kollecinin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilərək, barəsində Baş Prokurorluqda Cinayət işi açılmışdır.
Həmin Cinayət İşinlə bağlı olaraq Korrupsiya Faktına əsaslanaraq Dövlət İdarəetmə və Texnologiya Kollecinin Direktoru İrşad Abbasov haqqında prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılırdı.
Nəzərinizə çatdıraq ki, qulluq mövqeyindən istifad edən Kollecin sabiq Direktoru İrşad Abbasov, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun, Gəncə Şəhər şöbəsinin partiya yaranan bir gündən 2008 ci il tarixinə kimi sədri olubdur.
Belə bir şəxsin Kollecə Direktor təyin olunmasıda sual altındadır.
Axı bu şəxs Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına qarşı kölgə salırdı. Hətta 1998 ci ildə Prezident seçkiləri zamanı Gəncə Şəhərindən Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qurultaylarına, Mitinqlərə vətəndaşları aparan şəxs olubdur.
Odur ki, Baş Prokurorluq bu işə görə protest versin Göyçay Rayon Prokurorluğuna, qulluq mövqeyindən istifadə edən, korrupsiya faktı ilə çinayət işi açılan şəxs azadlıqda gəzməsi nə qədər düzgündür.
Əldə etdiyimiz məlumatlara görə, Göyçay Rayon Prokurorluğunda, Sabiq Kollecin Direktoru İrşad Abbasovun işinə xitam verilibdir.
Baş Prokurorluğun Mətbuat Xidməti 23 May 2024 cü ildə yaydığı məlumatına əsasən qeyd edirik ki, Kollecin Sabiq Direktoru İrşad Abbasovun əməllərində korrupsiya faktı müəyyən edilərək, külli miqdarda yəni ki, 88 min manat maliyyə pozuntusu sübut olunaraq, sübutlar və faktlar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə istintaq başa çatana qədər cəza təyin olunmalıdır.
Baş Prokurorluqdan xahiş olunur ki, cəza verilməyən şəxsin yenidən işinin araşdırılması prokuror tərəfindən protest verib tətbiq olunmalıdır…
Ardı var…