Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına BAXACAQ

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.

“32gun.az” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Beynəlxalq Ədalət Məhkəməsi bu gün təsdiq edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları ilə bağlı Azərbaycanın Ermənistana qarşı iddiası davam etdiriləcək.

Məhkəmə, həmçinin Ermənistanın mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı iddiaları Məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib. Ermənistanın mina aktlarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir”, – o bildirib.

***15:38

Bu gün Bakı vaxtı ilə saat 18:00-da Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə təqdim etdiyi ilkin etirazlara dair hökmünü açıqlayacaq.

“32gun.az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Haaqa Məhkəməsində 2023-cü il avqustun 21-də Ermənistan Azərbaycanın ilkin etirazları ilə bağlı öz yazılı müşahidələrini və mövqeyini təqdim edib. Cari ilin 15-19 aprel tarixlərində isə Məhkəmənin yurisdiksiyasına dair verilmiş ilkin etirazlarla bağlı ictimai dinləmələr keçirilib.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu