Day-daylı” xanım sürücüyə maşını verən şəxsin kimliyi məlum oldu – VİDEO
Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını bildirib.
Xanım sürücü dəfələrlə “Rent a Car”dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.
Qalmaqallı videoda qeydə alınan avtomobilin icarəyə verildiyi deyilən “Rent a Car”dan isə bildirilib ki, onların ünvanlarına səsləndirilən ittihamlar əsassızdır:
“Yayılan videodakı qadın bizə müraciət etməyib, bizim müştərimiz olmayıb. Maşını Əli adlı kişi icarəyə götürüb. Müştəri avtomobili qadın sürücüyə verib və bu hadisə olub. Bütün məsuliyyət maşını götürən şəxsə aiddir”.