Deputatlarımızı, nazirlərimizi söyən Türkiyə vətəndaşı Kutbettin Kaya kimdir?
Deputatlarımızı, nazirlərimizi söyən Türkiyə vətəndaşı Kutbettin Kaya kimdir?
Təqdim edəcəyimiz bu Məlumatı nuh.az sayt yayıb.
Azərbaycan və Türkiyənin qardaşlığı dünyaya nümunə olası örnəkdir.
Ulu Öndər Heydər Əliyevin buyurduğu kimi, “ Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”.
Tarix boyu Azərbaycan və Türkiyə bir-birinə dəstək olublar.
44 günlük Qarabağ müharibəsində, torpaqlarımızın azad edilməsində Türkiyənin dəstəyini tarix boyu unuda bilmərik.
Amma təəssüf ki, hər iki tərəfdən olan, özünü biznesmen, iş adamı hesab edən bəzi yaramaz adamlar bu əbədi qardaşlığa kölgə salmağa çalışır.
Belələrindən biri də uzun illərdir Qazax, Tovuz, Ağstafa bölgəsində iş adamı, fermer kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Kutbettin Kayadır.
Bu adamın hərkətləri, həyat tərzi, əməlləri, uşaqlara münasibəti heç bir ölçüyə, əndazəyə sığmır.
Əlimizdə olan bir neçə səs yazısında Kutbettin Kaya
deputatlarımızın, Ədliyyə nazirinin ünvanına ağır söyüşlər söyür. Hətta həddini aşaraq ölkə rəhbərinin ünvanına da ağır təhqiramiz ifadələr işlədir. Səs yazısının birində bu yaramaz məxluq deyir: “Məni tutacaq prokurorun var-yoxunu….Məni tutacaq nazirin var-yoxunu…”. Yəni adam Azərbaycan hüquq-mühafizə orqanlarına meydan oxuyur.
Biz bir media olaraq etik normaları nəzərə alaraq həmin səs yazılarını burada yerləşdirmirik.
Apardığımız araşdırma zamanı məlum oldu ki, Kutbettin Kaya Qazağın icra başçısı Rəcəb Babaşovun , Tovuzun icra başçısı Məmməd Məmmədovun, Ağstafanın icra başçısı Seymur Orucovun fermer təsərrüfatlarını idarə edir. Bu icra başçılarına məxsus 100 hektarlarla torpaq sahələri Kutbettin Kayanın istifadəsindədir.
Sözün qısası Kutbettin Kayanın arxasında icra başçıları dayanıb.
Görəsən arxasını icra başçılarına söykəyən Kutbettin Kaya başa düşmür ki, onun dövlət xadimlərinin ünvanına dediyi söyüşlər birbaşa cinayət əməlidir…
Yaxşı Kutbettin Kaya bunu qanmır, bəs onun arxasında dayanan icra başçıları da onun bu əməllərini görmür..?
Bu yekəbaşlığı Kutbettin Kayaya məhz şəriki və dostu olan icra başçıları verib.
Yəqin ki, yaxın zamanda hüquq-mühafizə orqanları Kutbettin Kayanın əməllərini araşdıracaq və layiq olduğu cəzanı verəcəklər.
Unutmayaq ki, Prezidentimiz dövlətimizin simvoludur.
P.S. Redaksiyamıza daxil olan məlumata görə, Kayanın barəsində Türkiyədə cinayət işi açılıb. / https://nuh.az/37280