Dolların satışı DAYANDIRILDI? – Manatın məzənnəsi ilə bağlı QƏRAR VERİLƏCƏK

Son günlərdə Azərbaycanda dolların məzənnəsinin artacağına dair yayılan məlumatlar ölkədə ciddi narahatlığa səbəb olub. Xüsusilə, bir neçə gün əvvəl media və sosial şəbəkələrdə bu mövzu ətrafında geniş müzakirələr başlayıb, bu da ölkədə iqtisadi qeyri-müəyyənliyi daha da artırıb. Bir çoxları dolların qəfil bahalaşacağı, manatın isə ciddi dəyər itirəcəyi ehtimalı ilə bağlı qorxu içindədir. 

İş adamlarından tutmuş sadə vətəndaşlara qədər hər kəs bu şayiələrə qarşı diqqətli davranır, bəzi insanlar isə dollar almağa tələsir, bu da vəziyyəti daha da gərginləşdirir. Bu narahatlıqlar fonunda ölkədə bəzi bankların dolların satışını azaltdığı və ya tamamilə dayandırdığı bildirilir, bu isə vəziyyəti daha da gərginləşdirir.

Bütün bu narahatlıqlar fonunda suallar yaranır: Görəsən, bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur? Hökumət və Mərkəzi Bank bu iqtisadi təzyiqə necə cavab verəcək? 

Məsələ ilə bağlı danışan VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a açıqlmasında bildirib ki, manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən, eləcə də valyuta bazarındakı tələb-təklifdən asılı olaraq müəyyənləşir:

“Nəzər alamlıyıq ki, son günlər qlobal valyuta bazarlarında müəyyən volatillik var. ABŞ-ın valyuta məzənnəsinin möhkəmlənməsindən sonra praktik olaraq son bir ayda avronun dollara nisbətən məzənnəsinin möhkəmlənməsini müşahidə edirik. Azərbaycana bütövlükdə manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Çünki Azərbaycan üzən valyuta rejiminə keçməyib.  Buna görə də üzən valyuta rejimində Mərkəzi Bankın mövqeyi həll edicidir”.

Vüqar Bayramov əlavə edib ki, növbəti aylarda da Mərkəzi Bankın mövqeyindən asılı olaraq manatın məzənnəsinin müəyyənləşəcəyi gözlənilir. Onun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin müəyyənləşdirilməsində ölkəyə daxil olan valyutanın həcmi, neftin dünya bazar qiyməti və qonşu ölklərdə valyutanın məzənnəsinin dəyişməsi kimi faktorlardan istifadə edərək məzənnə siyasətini həyata keçirir.

İqtisadçı-ekspert Akif Nəsirli isə deyib ki, dolların Azərbaycan manatına münasibətdə məzənnəsinin dəyişməsini hökumət tənzimləyir:

“Yəni bu hansısa bazar münasibətlərindən və ya hansısa hadisənin təsirlərindən asılı deyil. BU qərara bağlı olan bir məsələdir. Hazırda Azərbaycan hökumətinin dolların məzənnəsini belə saxlamaq imaknı var. Neftin qiyməti ucuzlaşmayıb, kifayət qədər baha qiymətə satılır. Hökumətin əlində valyuta ehtiyatları var və bu valyuta ehtiyatları ilə manatın məzənnəsini tənzimləmək imkanları var. ötən illə müqayisədə bu ilin ilk 8 ayında dollara tələbat 2 dəfə artıb. Buna görə də bir sıra şayiələr yayılır ki, dollara tələb artdığına görə, hökumət devalvasiyaya gedə bilər”.

İqtisadçı qeyd edib ki, ilin sonuna qədər dolların məzənnəsinin sabit saxlanılmasına çalışılacaq və bunun üçün imkan da var. Onun sözlərinə görə, bankların əksəriyyətində dollar satılmır, bu da ölkədə dollara tələbatın artması ilə bağlıdır: “Dollara tələbat artdığına görə bəzi bankların tələbatları ödənilmir. Mərkəzi Bank bəzi banklara dollar satmır, buna görə də həmin dollar satılmayan banklar dolların satışını dayandırır. Ölkədə dollara tələbat artıb

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu