SON DƏQİQƏ! Dövlət Departamentindən məlumat verildi: Mühariə ilə bağlı
ABŞ İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcək, Vaşinqton isə regionda gərginliyi azaltmaq üçün addımlar atır. Bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.
“Biz həmişə açıq şəkildə bəyan etmişik ki, İsraili terrordan müdafiə edəcəyik. Biz İsraili hücumlardan müdafiə edəcəyik və bölgədəki bütün tərəfləri gərginliyi azaltmaq üçün əllərindən gələni etməyə çağırırıq”. – o, Fox News-da deyib.
Diplomat əlavə edib ki, ABŞ Yaxın Şərqdə öz şəxsi heyətini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək. “Biz regionda maraqlarımızı qoruyacağıq və şəxsi heyətimizi təhdid edənləri cavablandıracağıq.
Miller həmçinin İraq hökumətini Livanın şiə təşkilatı Hizbullahın hücumlarında iştirak edən insanların təhlükəsizliyini və cavabdehliyini təmin etməyə çağırıb.
Gülçin Sade