Gəncədə evdən tapılan meyitin kimliyi bilindi – YENİLƏNİB

Gəncədə evdən meyiti tapılan şəxsin kimliyi məlum olub.

“Unikal”ın məlumatına görə, meyit 1950-ci il təvəllüdlü Cəfər Rəhimova məxsusdur.

Onun evdə tək yaşadığı bildirilir.

 ***13:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Unikal”a FHN-dən məlumat verilib. 

Bildirilir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu