Green card üçün kimlər və necə müraciət edə bilər? – QAYDA

 Green Card proqramı hər il təxminən 55.000-ə qədər insana ABŞ-a immiqrasiya və orada işləmək imkanı verir. Proqram ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilir.

İlin 2025 yazılması o deməkdir ki, qalib şəxslər Amerikaya yalnız 2025-ci ilin yanvar ayından başlayaraq miqrasiya edə bilərlər. Cavabların çıxmasına gəldikdə isə, növbəti qaliblərin adlarının açıqlanması 2024-cü ilin may ayına planlaşdırılır.

Qeyd

Green Card DV-2025 də üçün müraciət qaydasında əvvəlki dəyişiklik saxlanıılıb. Yəni, xarici pasport tələbi yoxdur. Bu o deməkdir ki, xarici pasport olmasa belə, lotereyada iştirak etmək olar

Kimlər müraciət edə bilər?

Green Card müraciəti üçün 18 yaşdan yuxarı və ən azı orta təhsil almış Azərbaycan (və ya proqrama düşən digər) vətəndaşları müraciət edə bilər. Orta təhsili olmayan vətəndaşlar isə müəyyən olunmuş sahələr üzrə ən azı 2 il iş təcrübəsinə (son 5 ildə) sahib olmalıdırlar.

Green card üçün zəruri sənədlər

Proqrama müraciət üçün saysız-hesabsız sənəd yığmaq tələb olunmur. Ən köhnə halda, 6 ay əvvəlcədən çəkilmiş şəkil kifayət edir. Şəkil 1:1 nisbətində və ən azı 600×600 piksel ölçüdə olmalıdır. Ailəli olan adamlar üçün həyat yoldaşının və övladlarının şəkilləri də lazım olacaqdır (pasportları olmasa da olar). Şəkillər bu linkdə göstərilən qaydada çəkilməlidir. Pasport məsələsinə gəlincə, pasportun olması və son istifadə tarixinin keçilməməsi mütləqdir.

Tarix və rüsum

Green Card proqramına müraciətlər, adətən, hər ilin oktyabrın 1-ci həftəsindən, noyabrın 1-ci həftəsi də daxil olmaqla yalnız https://dvprogram.state.gov/ rəsmi sayt üzərindən qəbul edilir. Proqrama müraciət üçün heç bir rüsum tələb olunmur. Cavablar normalda növbəti ilin may ayının (istisna hallarda, iyun) 1-ci həftəsində açıqlanır.

DV-2025 üçün müraciət tarixləri belədir: 4 oktyabr 2023  7 noyabr 2023.

Önəmli məqamlar

Ən önəmli məsələ sistem üzərində bütün məlumatları düzgün şəkildə qeyd etməkdir. Məsələn, deyək ki, son kursda oxuyan tələbə sistemi doldurarkən Some University Courses əvəzinə University Degree seçirsə, köhnə və qaydalara uyğun olmayan şəkillə müraciət edirsə, böyük ehtimalla, bu onun diskvalifikasiya olunmasına (hətta seçilsə belə) və ya vizadan imtina almasına səbəb olacaqdır.

Ailəli insanların hər biri (ər və arvad) ayrı-ayrılıqda müraciət edə bilər və həyat yoldaşının məlumatlarını (ad, soyad, doğum yeri, doğum tarixi və şəkil) daxil etməlidir. Hansısa biri qalib olduğu halda, digər həyat yoldaşı və övladları da ABŞ vizasına müraciət etmək hüququna malik olurlar.

Green Card qalibi olanlar viza üçün ABŞ-ın Gürcüstandakı səfirliyinə müraciət etməlidirlər. Adətən, viza alınması qalib olan zaman verilmiş Case number-dən asılı olaraq, hətta 1 ilə yaxın müddətə qədər də çəkə bilər. Viza alınması üçün bank hesabında (ölkə fərqi yoxdur) müəyyən məbləğdə pul göstərmək lazımdır ki, ilk aylarda ABŞ-dakı xərclərin qarşılana biləcəyini sübut etmək mümkün olsun.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu