İş adamı Emin Hüseynov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
“Quseynoff” MMC-nin sahibi, iş adamı Emin Hüseynov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək, onun liderliyi və gördüyü işlərin ölkənin inkişafına verdiyi töhfələrdən bəhs edib.
32gun.az xəbər verir ki, Emin Hüseynov Prezident İlham Əliyevin həm siyasi, həm də iqtisadi sahələrdə ölkəyə verdiyi dəstəyi vurğulayıb.
“Dövlət başçısının güclü iradəsi və uzaqgörən siyasəti sayəsində ordumuz 30 illik torpaq həsrətinə son qoydu və torpaqlarımız işğaldan azad edildi. Bu, təkcə hərbi zəfər deyil, həm də xalqımızın tarixi ədalətinin bərpasıdır. Bu gün həmin ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Yeni infrastruktur layihələri, yollar, məktəblər və xəstəxanalar tikilir. Eyni zamanda, bu bölgələrdə yeni iş yerlərinin açılması insanlarımızın məşğulluq səviyyəsinin artırılmasına mühüm töhfə verir,” – deyə Emin Hüseynov bildirib.
İş adamı əlavə edib ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək biznes mühitinin şəffaflaşmasına və daha əlverişli olmasına xidmət edir: “Cənab Prezident hər zaman iş adamlarına dəstək verir. Onun verdiyi tapşırıqlar əsasında sahibkarlıq sahəsində bürokratiya və korrupsiya hallarının qarşısı alınır, əsassız tələblər aradan qaldırılır. Mən bir iş adamı olaraq hər zaman fəxrlə deyirəm: Güclüyəm, çünki mənim İlham Əliyev kimi prezidentim var.”
Emin Hüseynov sonda Prezident İlham Əliyevə doğum günü münasibətilə ən səmimi arzularını çatdırıb, ona uzun ömür, möhkəm cansağlığı və ölkəmizin rifahı üçün gördüyü işlərdə uğurlar arzulayıb.