İş adamı Emin Hüseynovdan növbəti təqdirəlayiq addım – VİDEO
Gəncədə yaşayan tanınmış iş adamı, “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov növbəti dəfə təqdirəlayiq addımı atıb. 32gun.az-a daxil olan məlumata görə, bir neçə gün öncə tanımadığı bir şəxs iş adamı E.Hüseynovla əlaqə saxlayaraq adının Rüfət olduğunu və səhhətində ciddi problem olmasını deyib və yardım istəyib. Saytımıza bu barədə Rüfət adlı şəxsin yaxınları bildirib: o “Avtoqəza keçirdikdən sonra səhhətində ciddi prolemlər yaşayıb. E.Hüseynova zəng edərək, dərmanlarını almağa maddi imkanın olmadığını deyib. İş adamı da ona maddi dəstəyini əsirgəməyib”- deyə məlumatda qeyd edilib. Bir müddət sonra o Emin Hüseynovu ofisində ziyarət edərək, ona, xüsusi qayğıya ehtiyacı olan ailələrə, Qazilərə və şəhid ailələrinə daim diqqət göstərdiyi üçün təşəkkür edib, minnəttarlığını bildirib. Məlumat üçün qeyd edək ki, iş adamı Emin Hüseynov bundan öncə də ölkə mətbuatında həyata keçirdiyi xeyirxah əməlləri ilə gündəmə gəlib. O daim şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı ailələrə mütəmadi diqqət və qayğı göstərməkdə, ümummilli lide Heydər Əliyevin layiqli davamçısı, rəşadətli ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasətini aktiv şəkildə dəstəkləməkdədir.