İş adamı Emin Hüseynovun şəhid anası ilə bağlı paylaşımı – “Bütün Azərbaycan oğulları sizin övladlarınızdır”

Quseynoff MMC-nin sahibi, iş adamı Emin Hüseynov şəhid Sübhan Abdurahmanlı Mahir oğlunun anası ilə çəkilmiş fotosu sosial şəbəkədə maraq doğurub.

32gun.az bildirir ki, İş adamı şəhid anasının doğum gününü təbrik edib və “Allah şəhid qardaşlarıma rəhmət etsin.

Ad günün mübarək olsun şəhid anası… Biləsən ki, bütün Azərbaycan oğulları sizin övladlarınızdır. Allah sizə can sağlığı versin” sözlərini yazıb. 

Xatırladaq ki, Şəhid Sübhan Abdurahmanlı Mahir oğlunun anası Mehriban xanım və digər şəhid ailələri bir neçə gün öncə Emin Hüseynov barədə, onun etdiyi yaxşılıqlar barədə ağızdolusu danışmışdı. 

danışmışdı. 

.

Qeyd edək ki, İş adamı Emin Hüseynov istər pandemiya dövründə, istərsə də Vətən Müharibəsində ölkənin çətin vəziyyətində dövlət başçısı cənab İlham Əliyevin çağırışı, ölkənin I vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampanyasına qoşulub, Xalqına, millətinə öz köməyini göstərib.

Bu yardım çərçivəsində şəhid ailələri və qaziləri də unutmayıb.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu