İş adamı qəzaya düşən Qazi ilə bağlı çağırış etdi – VİDEO
Xəbər verdiyimiz kimi, müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb. Ağır kəllə-beyin travması alan gənc ifaçının beyninə qan sızıb.
Qaziyə dəstək olunması ilə bağlı iş adamı, “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov da əhaliye çağırış edib. O bununla bağlı sosial şəbəkədə paylaşim edib.
“Mənim onunla dostluğum var. Bilirəm ki, vəziyyəti ağırdır. Dəhşətli qəza keçirib. Hər kəsdən ona, qazi qardaşımıza dəstək olmağı xahiş edirəm. İnşallah qısa zamanda sağalıb öz əvvəlki vəziyyətinə qayıdar”.
Xatırladaq ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına (“Semaşko”) yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.
@_quseynoff_009_ #CapCut #kewveteyizzzzzz #kewvetde #kawvet #fypシ #☝🏿 #quseynoff009 #🖤 ♬ orijinal ses – Quseynoff_009🖤