Mərd Qayalı – Göyüş Əsgərovun şeiri
Əsilləri Qazaxın Daş Salahlı kəndindən olan “Qayalı” nəslini bir çoxları yaxşı tanıyır. Bu bu nəsl ən böyük nəsillərdən hesab olunur.
Bilənlər, görənlər hər zaman vuğrulayıb ki, “Qayalı”da ərlər-ərənlər yetişir.
Sabiq polis serjantı Göyüş Əsgərov da mənsubu olduğu nəsil barəsində şeir yazıb.
Yerli.media həmin şeiri təqdim edir:
Gözüylə qor götürəndir
Gecə karvan keçirəndir
Dərdə şəfa gətirəndir
Saf ürəkli, mərd Qayalı.
Böyük nəsil “Qaya” soylu
Həm igiddir, həm qürürlu
Mərhəmətli, üzü nurlu
Əl tutandır mərd Qayalı
Tərəkəmə aran-dağlı
Motalları pendir-yağlı
Bol ruzili, barlı-bağlı
Əzəmətli, mərd Qayalı
Qara Bəzir, Xallı Kərəm
Yoxluğunuz bizə qəm
Gözümüzdə saxladınız nəm
Görməyəsiniz dərd Qayalı.
Göyüş deyər aram-aram
Bu nəsildə mən də varam
Hər an sənin ağrın allam
Sağlam ruhlu mərd Qayalı
Göyüş Əsgərov (14.08.2024)