Nazir sevgilisinə dövlət sirlərini danışmaqda ittiham olunur – FOTOLAR
İtaliyada istefa verən mədəniyyət naziri Cennaro Sangiuliano eşq qalmaqalına görə gündəmə gəlib. “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, eks-nazirin sosial media fenomeni Maria Rosaria Boccia ilə sevgili olduğu bildirilib. Belə ki, blogger sosial mediada Mədəniyyət Nazirliyində məsləhətçi kimi işə başladığını açıqlayıb, nazirlik isə bu xəbəri rədd edib.Bundan sonra Boccia Sangiuliano ilə işgüzar və rəsmi səfərlərindən fotolarını paylaşıb. Çox keçməyib ki, Cennaro Sangiuliano hər şeyi açıqlamalı olub. Belə ki, müşaviri olaraq işə götürmək istədiyi Boccianın sevgilisi olduğunu etiraf edən evli nazir Sangiuliano, həyat yoldaşından göz yaşları içində üzr istəyib və istefa verib. Sevgilisinə məsləhətçi işi təklif etdiyini, lakin sonradan onunla əlaqəsi olduğuna görə imtina etdiyini qeyd edən Sangiuliano, birlikdə getdikləri səfərlərdə dövlət pulundan istifadə etmədiyini iddia edib.İtaliya mətbuatında yer alan xəbərlərə görə, Sangiuliano haqqında sevgilisinə dövlət sirlərini verdiyi iddiası ilə istintaq başladılıb. Nazirlik pullarını gənc sevgilisi ilə səfərlərə və qaldığı hotellərə xərclədiyi iddia edilən sabiq mədəniyyət naziri birlikdə getdikləri G7 görüşü ilə bağlı məxfi məlumatları gənc sevgilisinə ötürməkdə də günahlandırılır.