Ölümün qeydə alınması üçün bu sənədlər təqdim olunmalıdır – SİYAHI
Ölümün qeydə alınması üçün tələb olunan sənədlər hansılardır?
• Ölmüş şəxsin şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi;
• Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun hərbi bileti və ya xidməti vəsiqəsi ;
• Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında feldşer arayışı, ölüm haqqında həkim arayışı);
• Ölüm haqqında həkim sənədi olmadıqda, ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi.
Ölüm haqqında şəhadətnamə nə vaxt yazılır?
Qeydiyyat şöbəsi müraciət etmiş şəxsin təqdim etdiyi sənədlər əsasında ölüm haqqında akt qeydi tərtib edir, akt qeydinə yazılan hər bir qeyd müraciət edən şəxsə oxunur, onun tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, ölüm haqqında şəhadətnamə tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və müraciət edən şəxs şəhadətnamənin alınmasına dair reyestrdə imza edir. Ölüm haqqında şəhadətnamə ölən şəxsin ərizə ilə müraciət etmiş yaxın qohumlarına təqdim olunur.