Ölənlərdən biri qazidir – FOTO
Fevralın 4-ü gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəzada həyatını itirən şəxslərdən biri – 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi imiş. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan təxris edilib.
Onun 2 azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, hadisə vaxtı Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 22 yaşlı Nazim Musayevin sükanı arxasında olduğu “Toyota Prius” markalı maşın toqquşub. Nəticədə “Saipa”da olan sərnişinlər – Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
05.02.2025 | 10:37
Bakıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb.
Belə ki, Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.
Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər – Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb.