“AQTA-nın bölmə rəisi Vüqar Zeynalov isə Prezidentə əks gedir əks gedir”

“Prezident sahibkarlara dəstək olur, bununla bağlı tapşırıq verir, AQTA-nın bölmə rəisi Vüqar Zeynalov isə əks gedir

“Kimlərsə mənim gücləməyimdən qorxurlar, ona görə də, mənim qarşımı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə kəsməyə çalışırlar. Həmişə demişəm, Allahdan aşqa heç kim mənim qarşımı kəsə bilməz. Mən işimlə məşğul ola adamam. Allah hər kəsin canını sağ etsin, başda Ali Baş Komandanımız olmaqla… Belə hallar məni daha da gücləndirir”. 

Yerli.media xəbər verir ki,  bu fikirləri “Quseynoff” MMC-nin sahibi, iş adamı Emin Hüseynov  AQTA-nın onun şirkətinin məhsullarına qarşı haqsız rəyi  və qərəzi ilə bağlı yaydığı məlumata cava olaraq səsləndirib. 

“Prezidetimə, dövlətimə də, xalqıma da güvənirəm.  Bilirəm ki, hər şey öz yolunu tapacaq. Onsuz da bu yerlərə çətinliklə gəlib çıxmışam. 

Təki canımız sağ olsun. İstəyirlər ki, məni,  zavodumda istehsal olunan məhsulları mağazaların gözündən salsınlar. 

Mənə dəstək olanlara minnəttaram. Kimə məhsullarımızıc satışı üçün müraciət etmişəmsə yox cavabı almamışam, canla-başla mənə kömək olmağa çalışıblar. 

Zavodumuzda istehsal oluna araqlarda heç bir problem yoxdur. Sadəcə qəsdlə bu məlumatı yaydırırlar. 

Mənim şirkətimdə, zavodumda 50-dən çox ailə başçısı işləyir. Onlar evlərinə çörək pulu qazanırlar. Onların çörəyi ilə “oynamaq”la Allah qarşısında cavab verərsiz. Azərbaycanda normal işləyən sahibkarlara dəstək olmaq lazımdır. 

Ölkə Prezidenti cənab İlham Əliyev həmişə sahibkarlara dəstək olub. Bu yöndə işlərin görülməsi üçün daim  öz tapşırıqlarını verir. 

Sahibkarlar ölkədə çox olmalıdır ki, işsizlik daha da azalsın. İşə ehtiyacı olanlar işlə təmin olunsun. Bir Azərbaycanlı olaraq mən belə düşünürəm. 

İnşallah hər şey öz yoluna düşər. 

Mən dövlətimdən bir sahibkar olaraq xahiş edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə–Daşkəsən regional bölməsi barədə yoxlama aparılsın. Maraqlıdır ki, AQTA-nın Gəncə–Daşkəsən regional bölməsinin rəisi Vüqar Zeynalovun  göstərişi ilə yersiz olaraq sahibkarlar incidilir.  Əsas da bizim şirkətlə qərəzinin səbəbi nədir. 

Yoxlama sənədi olmadan mənim zavoduma məxsus araqları götürür, aparır.  39.3 “qradus”la deyir uyğunsuzdur. Amma 39.3 “qradus”la özü  mənim məhsullarıma uyğunluq sənədi vermişdi ki, satışını həyata keçirə bilərsən”- deyə E.Hüseynov qeyd edib.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu