Prezident SƏRƏNCAM İMZALADI: Yeni seçilən deputatlar vəzifəsindən azad edildi

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən azad edilib.

“yerli.media” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azər Əmiraslanov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilib.

***

Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.”Yerli.media” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, Ə.Əhmədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə 25 saylı Nizami ikinci Seçki Dairəsindən deputat seçilib.

***

Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilsin.

“Yerli.media” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, H.Əsədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə 51 saylı Şirvan Seçki Dairəsindən deputat seçilib.

***

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Yerli.media” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əsgərov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə 112 saylı Zaqatala Seçki Dairəsindən deputat seçilib

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu