Prokurorluq tərəfindən araşdırılmış keçmiş mərkəz direktoru bələdiyyə üzvlüyünə namizəd oldu/ BİABIRÇILIQ‼️

Yerli.media-nın əldə etdiyi məlumata görə, Gövhər Pesi qızı Rəhimova bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. O Qazax rayon Ağköynək-Qarapapaq kənd Bələdiyyə üzvlüyünə namizəd olub.

Lakin onun keçmiş fəaliyyəti ilə bağlı ciddi nöqsanlar və hüquq pozuntuları qeydə alınması heç kim üçün sirr deyil.

Belə ki, Gövhər Rəhimova Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru vəzifəsindən işindəki çatışmazlıqlara görə uzaqlaşdırılıb. Ötən ilin iyun ayında onun barəsində prokurorluq tərəfindən araşdırma aparılıb. İstintaq nəticəsində dövlətə vurulmuş ziyanın məbləği ödənilib və əlavə olaraq dövlətə cərimə ödənilib. Həmçinin, onun əməlində cinayət hadisəsi olduğu hüquqi təsdiqini tapıb.

Bundan əlavə Yerli.medi-nın Araşdırması zamanı o da məlum olub ki, Gövhər Rəhimova oğlu Nicat Namazlını fəhlə vəzifəsinə işə götürüb. Lakin oğlu faktiki olaraq işə gəlmədiyi halda, uzun müddət əmək haqqı alaraq dövlətə maddi ziyan vurub.

Gövhər Rəhimovanın vəzifədən uzaqlaşdırıldığı halda, Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında onun adı hələ də Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru kimi göstərilir.

Sual yaranır: Dövlətə ziyan vurmuş bir şəxsin yenidən dövlət işinə can atması və bununla bağlı zəmin yaradılması nə qədər doğrudur? Bu hal həm qanunların icrası, həm də cəmiyyətin ədalət prinsipləri baxımından müzakirə mövzusudur.

Gövhər Rəhimovanın fəaliyyətindəki digər qanunsuzluqlar və detallar barədə ətraflı məlumat növbəti yazılarımızda təqdim ediləcək.

Gültəkin

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu