Qarabağ Qaziləri Emin Hüseynova təşəkkür etdi

Xəbər verdiyimiz kimi, müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb. Ağır kəllə-beyin travması alan gənc ifaçının beyninə qan sızıb.

Hətta Qaziyə dəstək olunması ilə bağlı iş adamı, “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov sosial şəbəkədə paylaşım edərək əhaliyə çağırış edib.

32gun.az-ın qaynar xəttinə daxil olan məlumata görə, daim qazilərə öz dəstəyini əsirgəməyən E.Hüseynov hazırda komada olan Taleh Məmmədov üçün də əlindən gələni edib, Maddi mənəvi dəstək olub. Bununla bağlı hazırda Taleh Məmmədov üçün xəstəxanada gözləyən Vətən Mühəribəsi qaziləri video çəkərək Emin Hüseynova öz təşəkkürünü bildirib.

Həmin görüntünü təqdim edirik:

Xatırladaq ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına (“Semaşko”) yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu