Səhər Saatlarında DƏHŞƏTLİ HADİSƏ: ÖLƏN VAR

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.”Unikal”ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 1 radələrində Bakı-Qazax yolunun 157-ci kilometrliyində qeydə alınıb. Belə ki, Türkiyə Respublikasına məxsus yük avtomobili (TIR) yolun hərəkət hissəsindən kənarda nəqliyyat vasitəsini saxlayaraq dincəlirmiş.Həmin istiqamətdə hərəkətdə olan “Mercedes C-class” markalı, 09-BV-620 dövlət qeydiyyat nişanlı avtomobil TIR-a arxadan çırpılıb.Qəza nəticəsində “Mercedes”in sürücüsü həyatını itirib. Avtomobil isə yararsız vəziyyətə düşüb.Qeyd edək ki, qəzanın baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün yuxulaması olub.

Əlaqədar Məqalələr

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu