ŞOK- “Uşaq pulu verilmirsə, deməli, belə məsləhətdir” deyən Yusif Mustafayevin 30 avtomobili var?/ VİDEO
Əməkdar artisti Yusif Mustafayev mal-mülkündən söz açıb.Sənətçi qonaq olduğu “Günaydın Azərbaycan!” səhər şousunda şəhərin mərkəzində yerləşən dəbdəbəli üç mərtəbəli villasından və çox sayda avtomobillərindən danışıb.Sözügedən verilişə ağ rəngli, lüks “Mercedes Gelenvagen” avtomobili ilə gələn Mustafayevi verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bu mövzuda sorğu-suala tutub.Aparıcının “Evimizə gəldiyiniz avtomobilinizi gördüm. Deyirlər ki, 30-a yaxın avtomobiliniz var. Bu məlumat doğrudur?” sualına müğənni belə cavab verib:“Nəslim böyükdür. Ailədə beş bacı və beş qardaşıq. Onların da övladları var. Onların sayına görə də avtomobillərimiz olmalıdır. Hərəyə elə bir avtomobil düşür. O, “Mercedes Gelenvagen” də mənimdir. Xoşqədəm xanım, amma siz deyən kimi elə də böyük imkanım yoxdur ki, hamıya avtomobil paylayım. Qarajımda 30 avtomobilim yoxdur. Yalandır”.X.Hidayətqızının “Niyə icazə vermədiniz ki, villanıza gəlib, orada çəkiliş aparaq? Niyə məni evinə buraxmadınız?” sualına Y.Mustafayev belə münasibət bildirib:“Gəl, amma çəkilişlə gəlmə. Göz dəyəcək deyə, buraxmıram. Çox insan elə bilir ki, zənginəm. Amma iki mərtəbəli bir evim var. Ev üç mərtəbəli deyil. Üçüncü mərtəbə dediyiniz isə mansarddır. Onu isə üçüncü mərtəbə kimi saymırlar. Xoşqədəm xanım, eviniz mənim evimdən on qat bahalıdır. Evdə böyük ailəmiz qalır. Birgə yaşayırıq. O evdə xanımım, üç övladım, bacılarım və qardaşlarımla birlikdə yaşayırıq.Xoşqədəm xanım, sizin eviniz səkkiz mərtəbəlidir və panoraması isə dəhşət (möhtəşəmdir – red.). İnsanlar elə biləcəklər ki, həqiqətən də 30 avtomobilim var. Amma yalandır. İki oğlumun hərəsinin öz maşını var. Mənim də öz avtomobilim var. Bu oldu üç. Dördüncü isə iş avtobusumdur. Atamdan yadigar qalan, sayca beşinci “Toyota Land Cruiser” markalı avtomobil var. O maşından da atamın “iyini” alıram. Başqa avtomobilim yoxdur”.Yusif Mustafayevin bu sözlərinə isə Xoşqədəm Hidayətqızı “Bütün bunlara oxuduğunuz “Ana” mahnısı ilə sahib olmusunuz” deyərək, sənətçinin ünvanına təriflər səsləndirib.