SON DƏQİQƏ: Bir saatda iki zəlzələ oldu
Yerli vaxtla saat 6:40-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb. “Yeni Sabah” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 6-cı təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb. Bundan az sonra – yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Zəlzələ ocağı bu dəfə 33 kilometr dərinlikdə yerləşib. Xatırladaq ki, bu, son bir saatda baş verən ikinci zəlzələdir – daha əvvəl baş verən silkələnmə 17 kilometr dərinlikdə 3.5 bal gücündə qeydə alınıb. Ümumilikdə isə dekabr ayında dənizdə baş verən 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.